“ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğurla xidmət göstərib
09.10.2025
ASG Business Aviation

“ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğurla xidmət göstərib

“ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğurla xidmət göstərib
6-7 oktyabr tarixlərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi çərçivəsində “ASG Business Aviation” və “ASG Ground Handling” şirkətləri birgə Qəbələ Beynəlxalq Hava Limanında yerüstü xidmət üzrə fəaliyyət göstərib.

Tədbir çərçivəsində xüsusi hava gəmilərinin qarşılanması, yola salınması və müxtəlif yerüstü xidmətlərin göstərilməsi üçün əraziyə müvafiq yerüstü xidmətin texnikaları və işçi qüvvəsi cəlb edilmişdir.

Şirkətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğız və Macarıstanın dövlət təyyarələrini qəbul edərək onları müvafiq dayanacaqlara yerləşdirilməsini, sərnişin traplarının verilməsini, yüklərin boşaldılması və yüklənməsini təmin etmişdir. Həmçinin ali qonaqları qarşılayan kortejin perron ərazisində təhlükəsiz hərəkətinə xüsusi nəqliyyatlarla dəstək göstərmişdir.
“ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğurla xidmət göstərib