17 dekabr 2025-ci il tarixində “Gülüstan” sarayında “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Azərbaycanın ən böyük networking tədbiri olan 12-ci Beynəlxalq “Caspian Business Award 2025” mükafatının təltifetmə mərasimi keçirilib.
“ASG Business Aviation” “Xəzər-Qara Dəniz regionunda Biznes Aviasiyası sahəsi üzrə ilin şirkəti” nominasiyasında qalib gələrək mükafata layiq görülüb.
Mükafat “ASG Business Aviation” MMC-nin Direktor müavini cənab Fərid Novruzova təqdim edilib. Fərid Novruzov "Caspian Energy Club"-ın sədri və qrupun İcraçı Direktoru Telman Əliyevə mükafata görə minnətdarlığını qeyd edib.
Mükafatlandırma mərasimində çıxış edən Fərid Novruzov bildirib ki, 20 ilə yaxın fəaliyyət göstərən "ASG Business Aviation" şirkəti mülki aviasiya və biznes aviasiya sahəsində öz töhvəsini vermişdir. Müştərilərinə ən komfortlu, ən sürətli, ən təhlükəsiz və müasir təyyarələrlə xidmətlər təklif edir. Qeyd edib ki, “Caspian Energy Club” həm ölkə daxilində, həm də xaricdə özəl sektorun inkişafının dəstəklənməsində mühüm rol oynayır. Bu yolda "Caspian Energy Club" şirkətinin fəaliyyətində uğurlar arzulayıb.