ASG Sky Catering komandasına qoşulun: 2026-cı ildə yeni karyeraya başlayın
28.11.2025
ASG Sky Catering

ASG Sky Catering komandasına qoşulun: 2026-cı ildə yeni karyeraya başlayın

Aviation Services Group-a daxil olan ASG Sky Catering komandasına peşəkar əməkdaşlar axtarılır. Vakansiyalar həm yerli, həm də xarici mütəxəssislər üçün açıqdır.

Hazırda aşağıdakı vəzifələr üzrə vakansiyalar mövcuddur:

1. İsti mətbəx aşpazı
Əsas isti yeməkləri, qril nümunələrini, şorbaları və sousları yüksək dad və təqdimat keyfiyyəti ilə hazırlamağı bacaran peşəkar aşpaz.

2. Soyuq mətbəx aşpazı
Salat, qəlyanaltı və digər soyuq yeməkləri estetik və dad baxımından yüksək səviyyədə hazırlaya bilən aşpaz.

3. Qənnadçı - Şirniyyatçı
Tort, desert və digər şirniyyatların hazırlanmasında peşəkar, estetik zövqə malik və yaradıcı mütəxəssis.

İş Şəraiti:
  • İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
  • Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir
  • Müasir və tam təçiz olunmuş mətbəx şəraiti
  • Beynəlxalq standartlara uyğun iş mühiti
  • ASG Group çərçivəsində peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
ASG Sky Catering komandasına qoşulun: 2026-cı ildə yeni karyeraya başlayın