17-22 sentyabr tarixlərində “ASG Business Aviation” doqquzuncu dəfə olaraq Formula 1 Azərbaycan Qran-prisinin iştirakçıları və qonaqlarını ölkəmizə gətirən çarter reyslərinə yüksək səviyyəli xidmət göstərdi.
Komandamızın peşəkarlığı perronu zərif şəkildə düzülmüş biznes təyyarələrinin möhtəşəm mənzərəsinə çevirdi. Tədbir ərzində Formula 1 pilotlarını və yarışa qatılan digər VIP qonaqları daşıyan çoxsaylı çarter reyslərinə uğurla xidmət göstərildi.
“ASG Business Aviation”-ın peşəkar əməkdaşlarının təcrübəsi və müasir yerüstü texnikanın mövcudluğu sayəsində komandamız müxtəlif tipli hava gəmilərinə, bütün təhlükəsizlik tələblərinə tam riayət etməklə fasiləsiz xidmət təmin etdi.
Xidmətlər paketinə həmçinin təyyarələrin təmizlənməsi və ASG Business Aviation şirkətinin filialı olan “ASG Sky Catering” tərəfindən təqdim olunan ləziz yeməklərlə eksklüziv VIP katerinq xidməti daxil idi.
Qeyd etmək lazımdır ki, bu nüfuzlu beynəlxalq tədbirin iştirakçılarını qarşılamaqdan qürur duyan “ASG Business Aviation”, Azərbaycanın ən böyük regional biznes aviasiya operatoru və çarter reysləri üçün yerüstü xidmətlərin aparıcı təminatçısıdır.