“ASG” Şirkətlər Qrupu hava limanında təyyarə və sərnişinlərə xidmət üzrə işçi axtarır
20.12.2023
ASG Ground Handling

“ASG” Şirkətlər Qrupu hava limanında təyyarə və sərnişinlərə xidmət üzrə işçi axtarır

“ASG” Şirkətlər Qrupu hava limanında təyyarə və sərnişinlərə xidmət üzrə işçi axtarır
Reyslərin və iş həcminin artırılması ilə əlaqədar olaraq, “ASG” Şirkətlər Qrupu perronda xidmət üzrə supervayzer və "check-in" agent kimi yaranan 2 yeni vakant vəzifələr üzrə işçi heyətinin yığılmasını elan edir:

1. Vəzifə: Perronda xidmət üzrə supervayzer
 
İşin təsviri:  Qarşılanan və yola salınan təyyarələrə  yerüstü xidmətin təşkili və nəzarət edilməsi .
Tələblər:
  • Təhsili: orta ixtisas, ali;
  • İş təcrübəsi: tələb olunmur;
  • Dil bilikləri: Azərbaycan dilini- sərbəst, rus dilini  – orta, ingilis dillini- yaxşı səviyyədə bilmək.
  • Fiziki cəhətdən sağlam;
  • Cinsi – kişi (iş spesifikasına görə).
İş şəraiti:
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu;
  • İş qrafiki növbəli: (1-ci gün gündüz növbəsi 08:00-20:00, 2-ci gün gecə növbəsi 20:00-08:00, sonradan 2 gün istirahət);
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma mövcuddur;
  • İşçilər xüsusi geyim forması ilə təmin olunurlar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Supervayzer" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
 
 
2. Vəzifə: "Check-in" agent

İşin təsviri:  
Sərnişinlərin və onların baqajının qeydiyyatı, müvafiq sənədlərin rəsmiləşdirilməsi.
 
Tələblər:
  • Təhsili: tam orta;
  • İş təcrübəsi: tələb olunmur;
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini müxtəlif ölkələrin sərnişinləri ilə ünsiyyət qurduqları üçün yaxşı səviyyədə bilmək;
  • Cinsi – fərq etmir.
İş şəraiti:
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu; 
  • İş qrafiki növbəli: (1-ci gün gündüz növbəsi 08:00-20:00, 2-ci gün gecə növbəsi 20:00-08:00, sonradan 2 gün istirahət);
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma mövcuddur;
  • İşçilər xüsusi geyim forması ilə təmin olunurlar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Check -in agent " yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
 
“ASG” Şirkətlər Qrupu hava limanında təyyarə və sərnişinlərə xidmət üzrə işçi axtarır